Bakıda 22 yaşlı gənc intihar etdi
Bakıda intihar hadisəsi baş verib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.
Belə ki, 22 yaşlı Ə.Əliyev özünü hamamda asaraq intihar edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.