Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək - Dəyişiklik təsdiqləndi
- 23-02-2021, 11:33
- Cəmiyyət
Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.
Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.