Xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərlə bağlı YENİ TƏLƏB
- 18-12-2020, 11:43
- Cəmiyyət
Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulması ilə bağlı yeni prosedur müəyyənləşib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Gömrük Məcəlləsinə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Dəyişikliyə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və 1 bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.
Vergi Məcəlləsinə də analoji məzmunda dəyişiklik edilib.
9. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
10. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).