Главная > Cəmiyyət > Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək - Dəyişiklik təsdiqləndi
Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək - Dəyişiklik təsdiqləndi23-02-2021, 11:33. Разместил: azadses |
Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək. Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib. Вернуться назад |