Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı YENİLİK
- 12-02-2021, 15:40
- Cəmiyyət
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.
Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.