İri ticarət mərkəzləri ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
- 10-02-2021, 11:32
- Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı azaldıqca karantin qaydalarında yumşalmalara gedilir. Bundan əlavə yanvarın 18-də Azərbaycanda vaksinasiyaya başlanılıb. Bu gün müzakirə olunan məsələlərdən biri də iri ticarət mərkəzlərinin və "Mall"arın nə nə zaman açılacağıdır.
''Azad Səs'' xəbər verir ki, bununla bağlı danışan Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələlik heç bir məlumat yoxdur:
"Karantin qaydalarında yumşalmalara gediləndə və hər hansı qərar qəbul ediləndə, bu haqda tərəfimizdən məlumat verilir. İri ticarət mərkəzləri və "Mall"arla bağlı məndə heç bir məlumat yoxdur". (Sonxeber.az)