Məşhur həkim vaksin barədə bütün gerçəkləri açıqladı
- 20-01-2021, 15:41
- Cəmiyyət
“Suallar var ki, virusu keçirənlər də vaksin vurdurmalıdırmı? Qısa cavab istəyirsinizsə, bəli. Çünki ayrı-ayrı fərdlərdə qazanılmış təbii immunitetin kifayət dərəcədə qoruyucu gücə malik olacağını proqnozlaşdırmaq və yoluxmayacağına zəmanət vermək çətindir”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, vaksin vasitəsilə qazanılan immunitet az etibarlıdır, vaksin vurduranlar yenə də maska taxmalı və özünü qorumalıdır:
“Vaksin vurduranlar da virusa yoluxacaq, amma vaksin işə yarayacaqsa, simptomsuz keçirəcəklər. Həmin insanlar digərlərini yoluxdura biləcəkləri üçün maskadan azad edilməyəcəklər.
Hələ ki, vaksindən zərər görənlərin sayı koronavirusun öldürdüyü insan sayından müqayisə olunmaz dərəcədə azdır. Vaksinin vura biləcəyi fəsadları aradan qaldırmaq ağır COVID-19 xəstəsinin müalicəsindən də qat-qat asandır. Qərar verəndə hazırda həyatın iflic durumda olmasını, süni tənəffüsdə yüzlərlə xəstənin yaşamaq uğrunda çarpışmasını, bu virusa görə çoxsaylı həkim və digər tibb işçiləri daxil olmaqla neçə-neçə dəyərli insanın həyatını itirdiyini, belə davam edərsə, bir gün yoluxma növbəsinin mütləq sizə də çatacağını nəzərə alın.
Vaksin ideal qoruma vasitəsi olmasa da, hazırda koronavirusa qarşı tətbiq edə biləcəyimiz başqa seçim yoxdur. Türkiyədə 600 000 insan vaksinasiya olunub, ciddi fəsadlar olsaydı, rəsmi açıqlama verilməsə belə, insanlar sosial şəbəkədə paylaşardı”.
Həkim qeyd edib ki, “Pfizer” və digər vaksinlərin hamilələr üzərində tədqiqatı davam edir, nəticələri hələlik açıqlanmayıb. Odur ki, hamilələr könüllülük prinsipi əsasında vaksinasiya oluna bilərlər.