Karantin bağlı mühüm açıqlama: Yanvarın 18-dən sonra...
- 7-01-2021, 08:41
- Cəmiyyət
"Sərtləşdirilmiş karantin rejiminin müddəti 18 yanvardan sonra uzadılmaya bilər".
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.
Millət vəkili bildirib ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.
Musa Quliyev könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin
Deputat hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.