Rusiya sülhməramlılarının komandanından Qarabağla bağlı AÇIQLAMA
- 21-11-2020, 08:21
- Siyasət
![](/uploads/posts/2020-11/medium/1605936131_1584228756270384222914861920x080008237c9c10ff6a552493b51649e69ee77.jpg)
“Dağlıq Qarabağda atəşkəs rejimi pozulmur”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu sözləri Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov deyib.
“Atəşkəs rejiminin pozulması və təxribatlar görünməyib”, - deyə R.Muradov bildirib.
Rusiyalı general bildirib ki, baş verən kiçik insidentlər sülhməramlı kontingent tərəfindən yerindəcə həll olunur.