Hadrutda yenidən döyüşlərin başlanması xəbərinə Ermənistandan CAVAB
- 15-12-2020, 11:52
- Siyasət
Dağlıq Qarabağda heç bir döyüş əməliyyatı yoxdur.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin mətbuat xidmətinin nümayəndəsi Suren Sarumyan bildirib.
O, Ermənistan mətbuatındakı Ağoğlan (Hadrut) bölgəsindəki iki kənd üzərində hərbi əməliyyatların yenidən başladığı barədə məlumatları təkzib edib.
"Qarabağda sakitlikdir, bəzi hərbi əməliyyatlar barədə məlumat həqiqətə uyğun gəlmir", - Sarumyan deyib.
Hərbi əməliyyatların bərpası ilə bağlı xəbər Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti tərəfindən də təkzib edilib.
Qeyd edək ki, sözügedən 2 kənd Azərbaycan Ordusunun nəzarətindədir.