Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəf alıb
- 25-10-2020, 13:41
- Siyasət
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəf alıb.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib.
Bildirilib ki, düşmən mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edir.