Bayram günlərində karantin rejiminin yumuşaldılması ilə bağlı VACİB AÇIQLAMA
- 23-12-2020, 11:07
- Cəmiyyət
Xəbər verdiyimiz kimi dekabrın 22-də Azərbaycanda 2284 nəfər koronavirusa yoluxub, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Azərbaycanda yoluxanların sayında azalma dinamikası davam edərsə bayram günlərində karantin rejimi yumuşaldıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, gündəlik elan edilən rəqəmlər rəsmidir:
"Belə ki xəstəxanaya müraciət edənlərin sayı xeyli azalıb. Çünki insanlar xəstəxanalarda yer tapa bilmir. Ona görə də çoxu evdə müalicə olunur. Evdə müalicə olunanların sayı xəstəxanaya müraciət edənlərdən çoxdur.
Ona görə də mən rəsmi statistikanı önəmsəmirəm. Nə qədər xəstə tanıyıram evdə müalicə olunur. Ona görə də düşünürəm ki,onlar da nəzərə alınmalıdır. Hər halda sərt karantin rejimi tətbiq edilir. Sərt karantin rejimində qaydalara əməl edilməsindən asılı olaraq yoluxanların sayında artma-azalma davam edəcək.
Əgər yoluxanların sayında azalma davam edərsə, insanlarımız qaydalara əməl edərsə, karantin rejimi yumşaldıla və kafe-restoranlar yenidən ənənəvi qaydada fəaliyyətə başlaya bilər. Demək olar ki, əhalinin bir çoxu bu virusa yoluxub. Əlbəttə ölüm və yoluxma halları azaldıqca karantin rejimində yumşalmalar gediləcək".