azadses.az » Dünya » Ermənilər Gümrüdə yerləşən Rusiya bazasının çıxarılmasını İSTƏYİR

Ermənilər Gümrüdə yerləşən Rusiya bazasının çıxarılmasını İSTƏYİR

Qarabağ cəbhəsində ardıcıl məğlubiyyətlərə uğrayan Ermənistanda Rusiyadan narazılıq artır.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Rusiyanı münaqişəyə cəlb etmək cəhdi uğursuzluğa düçar olduğu üçün erməni cəmiyyətində Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı narazılıqlar güclənib.
 
Erməni politoloq Stepan Qriqoryanın açıqlaması bu narazılığın açıq şəkildə biruzə verildiyini göstərir.


“Rusiya Ermənistanı aldadıb. Ermənistan Rusiya üçün beynəlxalq arenada öz ziyanına olsa da, bir sıra ciddi addımlar atdı. Amerikalılar, avropalılar, ukraynalılar və gürcülər bizdən inciyirdi. Amma əsas ümidimiz Rusiyanın dəstəyinə idi. Və bütün bu olanlardan sonra Rusiya yumşaq desək, bizə dəstək olmadı. Bu hamımız üçün dərs olmalıdır! Rusiyaya orinetasiyalı siyasət etibarlı iş deyil”.
 
Qriqoryanın fikrincə, Qarabağ döyüşləri İsrail və Türkiyə silahlarının Rusiya silahlarından üstün olduğunu isbat edib.

“Dronlar, özüyeriyən artilleriya qurğuları özünü çox yaxşı nümayiş etdirir, Rusiya silahları isə özünü doğrultmur. Müharibə Rusiya silahının Türkiyə silahından geri qaldığını nümayiş etdirdi. Moskva həm siyasi, həm də hərbi baxımdan etibarsız müttəfiqdir”- deyə politoloq söyləyib.

O, Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını təklif edib.
 
Analoji təklifi Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan da söyləyib.


“Rusiya Ermənistandan qoşunlarını çıxarmalıdır. Ermənistan faktiki olaraq Rusiyanın koloniyasına çevrilib”-deyə partiya sədri bildirib.
 
Antirus mövqeyi ilə tanınan ultramillətçi “Sasna Tsrer” partiyası da Rusiyanın ünvanına ciddi ittihamlarla çıxış edib. Belə ki, partiyanın lideri Jirayr Sefilyan Rusiyanı onlara Hava Hücumundan Müdafiə Sistemləri və s. müasir silahlar verməməkdə ittiham edib. Onun fikrincə, Moskva öz üzərinə düşən missiyanı yeruinə yetirmir.


“Xarici siyasətdə Moskvaya yönələn xətdən imtina etməliyik. ABŞ, İran, Çin, Gürcüstan və Hindistanla qarşılıqlı əlaqələr qurmalıyıq”-deyə Sefilyan söyləyib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”