Meşədə gizlənən erməni əsgərlərlə bağlı POLKOVNİKDƏN AÇIQLAMA
- 8-12-2020, 12:16
- Cəmiyyət
"Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərdə erməni əsgərlərinin olması mümkün deyil. Ola bilər ki, onlar ordumuzun daxil olmadığı kəndlərdədir. Məsələn, Qubadlının və Zəngilanın Ermənistanla sərhəddə olan kəndlərində olduğu kimi".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi məsələlər üzrə ekspert, polkovnik Fəhmin Hacıyev deyib. O bildirib ki, Qubadlının Bəxtiyarlı, Cibikli, Seytax, Eyvazlı, Davudlu, Əliquluuşağı və daha 10 dan çox kəndinin işğaldan azad edildiyi elan edilmədi:
"10 noyabr bəyanatından sonra həmin ərazilərdə hərbi əməliyyatlar keçirilməyib, kəndlərin geri qaytarılması ilə bağlı məlumat da yoxdur. Gələn məlumatlar içərisində bir neçə kənddə hələ də erməni ailələrinin yaşadığı, orada kiçik çaplı silahlarla silahlanmış ermənilərin olduğu deyilir. Azərbaycanın Sərhəd Qoşunlarının həmin ərazilərdə sərhəddi nəzarətə götürdüyü barədə nə rəsmi, nə də qeyri-rəsmi məlumat var. Zəngilan rayonunun sərhəd kəndlərində də vəziyyətin eyni olduğu deyilir".