“Erməni hərbçilərin meyitləri azad etdiyimiz torpaqlarda iylənir” - General
- 13-10-2020, 15:14
- Cəmiyyət
“Ermənilər mülki əhaliyə atəş açaraq, xalqın inamını sarsıtmaq istəyirlər. Bu səbəbdəndir ki, ilk gündən etibarən yaşayış məntəqələrimizi artilleriya vasitələrilə atəşə tuturlar”.
Bu barədə Modern.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov mülki əhaliyə atəş açılması barədə danışarkən bildirib.
O qeyd edib ki, çətin vəziyyətə düşən düşmən öz raketlərini döyüşlər getməyən Gəncəyə, Mingəçevirə buraxıb:
“Belə hadisələrlə ruh yüksəkliyini sarsıtmaq istəsələr də, bacara bilmədilər. Sözsüz ki, Müdafiə Nazirliyi tərəfindən tədbirlər görülür, atəş vasitələri aşkarlanaraq məhv edilir”.
Hərbi ekspertin sözlərinə görə, heç bir dövlətdə yaşayış məntəqələrinə atəş açılmır:
“Ermənistan ordusu humanizmdən, insani keyfiyyətlərdən xəbəri olmadığı üçün bunu edir. Onlar da inanmırlar ki, Azərbaycan ordusu bu atəşlərlə sarsıla. İstənilən halda Ermənistan ordusu cəzasını alır və alacaq”.
Y.Aydəmirov atəşkəs elan olunmasına da münasibət bildirib:
“Ermənilər bir neçə dövlət rəhbərinə yalvardı və humanitar atəşkəsin elan edilməsinə nail oldu. Atəşkəs elan olunmasının digər səbəbi döyüş bölgəsində, işğaldan azad etdiyimiz torpaqlarda Ermənistan ordusunun çox sayda itkisinin olması ilə əlaqədardır. Erməni hərbçilərin meyitləri kifayət qədər çox olduğu üçün iylənir və müəyyən xəstəliklərin yaranma ehtimalı var. Yaxşı olar ki, onlar leşlərilə məşğul olsunlar. Çünki atəşkəs dövründə Azərbaycan ordusuna atəş açmaqla panik yaratmağı və ruh yüksəkliyini aşağı salmağı bacarmayacaqlar”.