azadses.az » Siyasət » “Şuşa şəhərini azad olunmuş hesab edirəm”

“Şuşa şəhərini azad olunmuş hesab edirəm”

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev daha 16 kəndin erməni işğalından azad olunduğunu açıqlayıb. Prezidentin tvitində Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərindən bəhs olunur.

 

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, hərbi ekspert Fəhmin Hacıyev azad olunan yaşayış məntəqlərinin hərbi strateji əhəmiyyətini və döyüş əməliyyatlarının perspektiv istiqamətləri barədə fikirlərini açıqlayıb. Ekspert qeyd edir ki, bu barədə danışarkən mövcud situasiyanın tələblərindən çıxış edərək iki termindən istifadə etmək məcburiyyətindəyik:

 

1. İşğaldan azad olunmuş və elan olunmuş ərazilər

 

2.İşğaldan azad edilmiş, amma elan olunmamış ərazilər.

 

F.Hacıyev deyir ki, Zəngilan rayonunun işğaldan azad olunan Beştəli kəndi Azərbaycanla Ermənistanın dövlət sərhədinə yaxın ərazidə yerləşir. Onun sözlərinə görə, qoşunlarımız bir qayda olaraq açıqlanan mövqelərdən daha irəlidədirlər və nəzarət daha imkanları genişdir: “Zəngilanda dövlət sərhədinə yaxın Oxçu çayı üzərindən Qaragöl, Keçili kəndlərinə doğru irəliləyiş var. Beşətli kəndinin azad olunmasının indi elan olunması onun göstərir ki, Azərbaycan Ordusu bu istiqamətdə təmizləmə işlərini təzəlikcə yekunlaşdırıb. Ərazidə hərbi inzibatı idarəetmə rejimi yaradılıb, arxadan gələn silahlı birləşmələrin yerləşdirilməsi və nəzarəti təmin olunub. Belə görünür ki, yaxın günlərdə Zəngilan rayonu ərazisində dövlət sərhədinə nəzarət tamamilə bərpa olunacaq”.

 

Qubadlı rayonunun Balasoltanlı, Qəzyan, Mərcanlı kəndlərinin işğaldan azad olunması barədə danışan hərbi ekspert bildirib ki, adıçəkilən yerlərdə bir həftə- on gün əvvəl döyüş əməliyyatları aparılıb: “Sonrakı günlərdə ərazinin təmizlənməsi, arxadakı qüvvələrin orada yerləşdirilməsi, minaların zərərsizləşdirilməsi, gələcək təhlükələrin aradan qaldırılması, pusquların yoxlanılması, ərazinin hərbi inzibatı idarəetmənin nəzarətinə götürülməsi xeyli zaman alır. Etiraf edək ki, Azərbaycan Ordusu əraziləri böyük sürətlə azad edir, amma sözügedən işləri görüb başa çatdırmaq üçün vaxt lazımdır”.

 

Fəhmin Hacıyev deyir ki, Cəbrayıl rayonunun işğaldan azad olunan kəndləri İran sərhədlərinə yaxındır: “Bilirsiniz ki, bu istiqamətdə sərhəd xətti xeyli vaxtdır ki, Azərbaycanın Sərhəd və Daxili Qoşunlarının nəzarətinə keçib. Bu kəndlərin də təmizlənməsi, hərbi inzibatı idarəçiliyə verilməsi zaman tələb edir. Bu işlər başa çatdıqdan sonra onların azad olunması elan edildi. Bundan əvvəl Hacı İsaqlı və daha iki kənd işğaldan azad olunmuşdu. Həmin kəndlərdə 20 gündən çox idi ki, erməni hərbçiləri yox idi, amma onların təmizlənməsinin başa çatdırılması bu günlərdə mümkün oldu”.

 

Ekspert bildirir ki, Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndindən də düşmən qüvvələri bir müddət əvvəl vurulub çıxarılmışdı: “Sadəcə olaraq arama-tarama işləri bitmədiyinə görə onların azad olunmasının elan olunması ləngidilmişdi. Yuxarı Veysəlli kəndinin azad edilməsi isə Xocavənd rayonunun bizim əlimizdə olmasına bir işarədir. Hərb elmini bilənlər bunu dəqiq hesablaya bilərlər”.

 

F.Hacıyevin sözlərinə görə, Prezidentin tvitində adı keçən Ataqut və Zakirli kəndləri Xocavənd rayonunun ərazisindədirlər: “Bu kəndlərdə qədim Alban dövlətinin izləri, bir çox alban abidələri var idi. Təəssüf ki, onların çoxu haqqında məlumatımız yoxdur. Bunlar 850-900 metr yüksəkliklərdə yerləşir. Məncə, bizim silahlı qüvvələrimiz bu kəndlərdən də erməniləri bir qədər əvvəldən qovub çıxarmışdılar. Bu günlərdə onların hərbi inzibati idarəetməyə verilməsi tamamlandı, Prezidentə məruzə edildi. Ali Baş Komandan İlham Əliyev də Azərbaycan xalqına növbəti sevindirici məlumatları çatdırdı”.

 

Ekspert bildirir ki, bu gün xalqımızı daha çox həyəcanlandıran açıqlama Xocalının Qarabulaq, Moşxmaat kəndlərininin azad olunması idi. Onun sözlərinə görə, Qarabulaq kəndi 900 metrdən artıq yüksəklikdə yerləşir. F.Hacıyev qeyd edir ki, Ordumuz hələ bir neçə gün əvvəldən bu kəndlərdən düşməni vurub çıxarıb. “Çanaxçı, Tağaverdi, Ağbulaq, Daşaltı, Muxtar, Daşkənd, Şuşakənd kəndlərinə nəzarətimiz bərpa olunduqdan sonra bu kəndlərdə düşmənin qalması mümkün deyildi”, - deyə ekspert vurğulayıb.

 

Fəhmin Hacıyev deyir ki, Daşaltı kəndi Şuşaya, Muxtar, Daşkənd, Şuşakənd, Dağdağan, Qızılobalar, Harop kəndləri Xocalı rayonuna aiddirlər: “Bu gün Ağbulağın azad edilməsi ondan xəbər verir ki, artıq Xocavənd rayonuna nəzarəti təmin etmişik. Bununla elan edirik ki, üzü Xocalıya doğru hərəkət edəcəyik”.

 

Ekspert vurğulayır ki, Xocalı maraqlı inzibati ərazi quruluşuna malikdir: “Rayon Cəbrayıl, Xocavənd, Şuşa, Xankəndi, Ağdam və Əsgəranla əhatələnib. Burada ermənilər Ballıca, Çaqqal yurdu deyilən ərazidə - dağın ətəyində artilleriya qurğuları yerləşdirərək möhkəmləniblər. Biz artıq Naxçıvanlı, Pircamallı, Atbulaq kəndləri tərəfdən ermənilərin bu mövqelərini vurmaqla məşğuluq. Çünki düşmən həmin istiqamətlərdən bizim kəndləri aramsız atəşə tuturdu. Buradan eyni zamanda Xocalını, Sırxavəndi atəş altında saxlayırıq. Sırxavənd Xocalının aşağısından başlayır, uzun nazik ərazidir”.

 

F.Hacıyevin sözlərinə görə, Prezidentin tvitində adları keçən kəndlər hələlik Xocalının işğaldan azad olunması anlamına gəlməz. Çünki Xocalını almaq üçün görüləsi işlər var, yəqin ki, o istiqamətdə tədbirlər görülür.

 

Ekspert deyir ki, o, Şuşa şəhərini artıq azad olunmuş hesab edir: “Düşmənin Xankəndindən Xocalıya dəstəyi kəsilib. Bilirsiniz ki, Ağdərə istiqamətindən də bu dəstək bloklanıb. İnşallah, ordumuz Ağdam-Əsgəran istiqamətindən Xocalını nəzarət altına götürə biləcək. Hazırda Xocalıda ermənilərin yaşaması mümkün deyil. Çünki Ordumuz həmin ərazini intensiv atəş altında saxlayır. Eyni zamanda Xocalı aeroportu da vurulmalıdır, çünki bu məntəqədən silah-sursat daşınması üçün hələ də istifadə olunur”.

 

Fəhmin Hacıyev ümumi döyüş xəritəsini qiymətləndirərkən vurğulayıb ki, Azərbaycan Ordusu şimal və cənub istiqamətindən inamla hərəkət edir: “Silahlı Qüvvələrimiz strateji və taktiki baxımdan düzgün əməliyyatlar planlayır, bunu günlük döyüş əməliyyatlarında da bilmək olur. Ordumuzun malik olduğu hərbi texnika, silahlar, döyüş əzmi, hər kəsin işinə vicdanla yanaşması da bizim əsas üstünlüklərimizdən biridir. Eyni zamanda dünyanın müasir texnoloji hərbi avadanlıqları da Ordumuzun sərəncamındadır. Ona görə də qələbəmizin 100 faiz təmin olunduğu qənaətindəyəm. Amma tələsmək də lazım deyil. Müharibə başlayanda hamı bir həftəyə-on günə döyüşlərin başa çatacağını düşünürdü. Mən isə azı iki ay çəkəcəyini deyirdim. Çünki biz əvvəlcə düzənliklərdə, indi isə dağ silsilələrində vuruşuruq. İstehkamların dağıdılması, yarılması zaman tələb edir. İnşallah, qalan maneələr də qısa müddətdə aşılacaq və Azərbaycan Ordusu, dövləti düşmən üzərində tarixi qələbəsini reallaşdıracaq”.Azpolitika

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?