Polkovnikdən əsgərlərə ÇAĞIRIŞ: “Ələ keçirilən qidalardan ehtiyatla istifadə etsinlər”
- 18-11-2020, 11:21
- Cəmiyyət
Azərbaycan Ordusunun əsgərlərinə lazım olan hər şey dövlət tərəfindən artıqlaması ilə təmin olunur. Amma sosial şəbəkələrdə əsgərlərin daxil olduqları ərazilərdə evlərdə qalan qidalardan istifadə etdikləri barədə videolar yayılıb. Bunun müharibə şəraitində təbii hal olduğunu deyənlərlə yanaşı, həmin qidaların əsgərlərimizin təhlükəsizliyi baxımından zərərli ola biləcəyini söyləyənlər də az deyil.
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Modern.az-a belə bildirib:
“Mən düşünürəm ki, əsgərlərimiz həmin qidaları yeyirlərsə, deməli onlar öncədən təhlükəsizlik tədbirlərinə əməl edib, bu addımı atırlar. Həmin ərazilərə kimi düşməni qova-qova gələ biliblərsə, orada da təhlükəsizlik əməllərinə riayət edəcəklər.
Belə zamanlarda komandirlər təhlükəsizlik tədbirləri ilə bağlı vəziyyətə uyğun olaraq əsgərləri təlimatlandırırlar.
Sadəcə əsgərlərə çağırışım odur ki, bu təlimatlara diqqət edib, yerinə yetirsinlər”.