Moldova MDB müqavilələrinin ləğvi prosesinə başlayıb
Moldova hökuməti Müstəqil Dövlətlər Birliyi çərçivəsində imzalanmış bəzi sazişlərin denonsasiyası üzrə işlərə başlayıb.
Bunu cümə günü Moldova-1 telekanalının efirində respublikanın baş naziri Dorin Reçan deyib.
“Biz MDB-nin himayəsi altında imzalanmış bəzi sazişlərin denonsasiyası üzrə işə başlamışıq. Bu, birliyin üzvü olan hər bir dövlətlə ayrı-ayrı sazişlər üzrə həyata keçiriləcək”, - hökumət başçısı bildirib.