Главная > --- > Moldova MDB müqavilələrinin ləğvi prosesinə başlayıb
Moldova MDB müqavilələrinin ləğvi prosesinə başlayıb18-02-2023, 10:23. Разместил: admin |
Moldova hökuməti Müstəqil Dövlətlər Birliyi çərçivəsində imzalanmış bəzi sazişlərin denonsasiyası üzrə işlərə başlayıb. Bunu cümə günü Moldova-1 telekanalının efirində respublikanın baş naziri Dorin Reçan deyib. “Biz MDB-nin himayəsi altında imzalanmış bəzi sazişlərin denonsasiyası üzrə işə başlamışıq. Bu, birliyin üzvü olan hər bir dövlətlə ayrı-ayrı sazişlər üzrə həyata keçiriləcək”, - hökumət başçısı bildirib. Вернуться назад |