“Şərq Tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşü başlayıb
- 15-11-2021, 23:06
- Dünya
Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.
“Azadsəs.com” xəbər verir ki, görüş zamanı iştirakçılar proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini, həmçinin dekabrın 15-də Brüsseldə keçiriləcək növbəti sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.
İclasda xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqı tərəfindən 2009-cu ildə başlanıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.