Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar
Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.
Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.
Faktla bağlı araşdırma aparılır.