SON DƏQİQƏ: MN: Azərbaycana məxsus təyyarə və helikopterin vurulması məlumatı yalandır
- 1-10-2020, 11:22
- Siyasət
"Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır".
''Azad Səs'' xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", nazirlik rəsmisi vurğulayıb.