azadses.az » Həbs edildiyi deyilən Rəsul Orucovdan açıqlama

Həbs edildiyi deyilən Rəsul Orucovdan açıqlama

  • 21-02-2022, 17:19
  • ---
Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun biznesinin idarə olunmasında adı çəkilən Rəsul Orucov haqqında yayılan məlumatlarla bağlı mətbuata açıqlama verib.

Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas R.Orucov bildirib ki, adının heç bir əsası olmayan məsələlərdə çəkilməsi tamamilə yanlışdır.


O, nəinki Zakir Qaralovla, ümumiyyətlə, Azərbaycanda heç bir məmurla və yaxud hansısa oliqarx dairələrlə heç bir əlaqəsinin olmamasını vurğulayıb: “Mən son illərimin 19 ilini Almaniyada yaşamışam və nə Zakir Qaralovla, nə də ki, digər məmurlarla hər hansı bir münasibətim yoxdur. Yayılan məlumatlar bilmirəm nə məqsədlə yayılıb... Şad olardım ki, həmin adamla şəxsi dostluğumuz olsun. Mənim onunla heç bir əlaqəm yoxdur”.

Yayımlanan xəbərlərdə AASK MMC-nin təsisçisi Qaralov Raul Zakir oğlu olduğu və eyni zamanda Rəsul Orucovun Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun "təmsilçisi" kimi tanınması qeyd olunub. R.Orucov bu məsələyə də aydınlıq gətirib: “AASK-nin 100 faiz təsisçisi Almaniyanın “RAO Global Group” şirkətidir və həmin şirkətin təsisçiləri də Alman şirkətləridir. Eyni zamanda, mənim orada bir qisim təsisçi payında iştirakçılığım var.

Yayılan xəbərlərdə adıçəkilən Raul Qaralov adlı şəxsi nə tanıyıram, nə də elə bir adamın bizdə təsisçiliyi yoxdur. Eyni zamanda da son 19 ildə Almaniyada yaşadığım dövrdə ancaq gəlib-getdiyim əsasən Ağstafa rayonu və arada işlə bağlı Şəmkir rayonu olub. Bu zonada nəinki kiminsə nümayəndəsi... mənim nümayəndəm, kimsə orada ola bilər, mən kiminsə nümayəndəsi ola bilmərəm!”

Həmçinin xəbərlərdə R.Orucovun Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunması və 03 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs seçilməsi qeyd edilib. İş adamı açıqlamasında bildirib ki, o, həbs olunmayıb və 01 fevral 2022-ci il tarixində koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 2 həftədən çoxdur ki, müalicə olunur: “Müalicə ağır keçdiyindən hal-hazırda evdəyəm. Yazılanlarla bağlı demək istəyirəm ki, ev şəraitində müalicə alıram. Diqqətinizə çatdırmaq istəyirəm ki, AASK yarandığı gündən taxıl istehsalı və satışı ilə məşğuldur. Ölkə başçısı, cənab İlham Əliyevin sərəncamı ilə taxıl istehsalı və satışı ümumiyyətlə vergilərdən azaddır. Bəli, müəyyən qədər Dövlət Vergi Xidməti ilə müəssisə arasında anlaşılmazlıqlar var və bu da hüquq müstəvisində məsələlər həll olunur. İnşallah, öz həllini tapar. Belə başqa heç bir problem yoxdur və yenə deyirəm, evdəyəm, müalicəmi davam etdirirəm”.
Yayımlanan xəbərlərdə R.Orucovun qardaşı Rasim Orucov haqqında da məlumat yazılıb. Məlumatda vurğulanıb ki, Rasim Orucov məşhur "Oliqarxların məhkəmə işi"ndə verdiyi hay-küylü ifadələrlə mətbuata tanışdır: “Qardaşım Rasim Orucov Almaniya dövlətindən seçilmiş, Avropa İqtisad Arbitraj Məhkəməsinin hakimidir və hal-hazırda da hakimlik fəaliyyətini davam etdirir. Belçikanın paytaxtı olan Brüssel şəhərində mövcud olan Avropa İqtisadi Arbitraj Məhkəməsində 27 hakimdən biridir. Onun hansısa qalmaqallı işlərdə olmasından məlumatım yoxdur”.

Məlumat üçün bildirək ki, 04 fevral 2022-ci il tarixində bir çox xəbər portallarında “Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edildi” başlığı ilə məlumat yayılıb.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  2. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  3. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  4. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  5. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  6. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  7. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  8. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  9. Xətai rayonunda yaşayış binasında yanğın olub
  10. Bakıda baldız yeznəsini bıçaqlayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”