İcra başçısının səlahiyyətləri əlindən alınıb?
![](/uploads/posts/2022-02/medium/1643789593_untitled-1-3.jpg)
İddia olunur ki, İ.Gülməmmədovanın gedişindən sonra Abşerona qeyri-rəsmi nəzarət imkanları Zakir Fərəcovun əlindən çıxıb, eyni zamanda onun digər səlahiyyətləri də məhdudlaşdırılıb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Məlumata görə, Zakir Fərəcov hazırda iş başında səlahiyyətlərini icra edir və hətta bu gün şəhər gənclərini qəbul etməyi planlaşdırır.