Главная > --- > Həbs edildiyi deyilən Rəsul Orucovdan açıqlama
Həbs edildiyi deyilən Rəsul Orucovdan açıqlama21-02-2022, 17:19. Разместил: admin |
Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun biznesinin idarə olunmasında adı çəkilən Rəsul Orucov haqqında yayılan məlumatlarla bağlı mətbuata açıqlama verib. Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas R.Orucov bildirib ki, adının heç bir əsası olmayan məsələlərdə çəkilməsi tamamilə yanlışdır. O, nəinki Zakir Qaralovla, ümumiyyətlə, Azərbaycanda heç bir məmurla və yaxud hansısa oliqarx dairələrlə heç bir əlaqəsinin olmamasını vurğulayıb: “Mən son illərimin 19 ilini Almaniyada yaşamışam və nə Zakir Qaralovla, nə də ki, digər məmurlarla hər hansı bir münasibətim yoxdur. Yayılan məlumatlar bilmirəm nə məqsədlə yayılıb... Şad olardım ki, həmin adamla şəxsi dostluğumuz olsun. Mənim onunla heç bir əlaqəm yoxdur”. Yayımlanan xəbərlərdə AASK MMC-nin təsisçisi Qaralov Raul Zakir oğlu olduğu və eyni zamanda Rəsul Orucovun Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun "təmsilçisi" kimi tanınması qeyd olunub. R.Orucov bu məsələyə də aydınlıq gətirib: “AASK-nin 100 faiz təsisçisi Almaniyanın “RAO Global Group” şirkətidir və həmin şirkətin təsisçiləri də Alman şirkətləridir. Eyni zamanda, mənim orada bir qisim təsisçi payında iştirakçılığım var. Yayılan xəbərlərdə adıçəkilən Raul Qaralov adlı şəxsi nə tanıyıram, nə də elə bir adamın bizdə təsisçiliyi yoxdur. Eyni zamanda da son 19 ildə Almaniyada yaşadığım dövrdə ancaq gəlib-getdiyim əsasən Ağstafa rayonu və arada işlə bağlı Şəmkir rayonu olub. Bu zonada nəinki kiminsə nümayəndəsi... mənim nümayəndəm, kimsə orada ola bilər, mən kiminsə nümayəndəsi ola bilmərəm!” Həmçinin xəbərlərdə R.Orucovun Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunması və 03 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs seçilməsi qeyd edilib. İş adamı açıqlamasında bildirib ki, o, həbs olunmayıb və 01 fevral 2022-ci il tarixində koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 2 həftədən çoxdur ki, müalicə olunur: “Müalicə ağır keçdiyindən hal-hazırda evdəyəm. Yazılanlarla bağlı demək istəyirəm ki, ev şəraitində müalicə alıram. Diqqətinizə çatdırmaq istəyirəm ki, AASK yarandığı gündən taxıl istehsalı və satışı ilə məşğuldur. Ölkə başçısı, cənab İlham Əliyevin sərəncamı ilə taxıl istehsalı və satışı ümumiyyətlə vergilərdən azaddır. Bəli, müəyyən qədər Dövlət Vergi Xidməti ilə müəssisə arasında anlaşılmazlıqlar var və bu da hüquq müstəvisində məsələlər həll olunur. İnşallah, öz həllini tapar. Belə başqa heç bir problem yoxdur və yenə deyirəm, evdəyəm, müalicəmi davam etdirirəm”. Yayımlanan xəbərlərdə R.Orucovun qardaşı Rasim Orucov haqqında da məlumat yazılıb. Məlumatda vurğulanıb ki, Rasim Orucov məşhur "Oliqarxların məhkəmə işi"ndə verdiyi hay-küylü ifadələrlə mətbuata tanışdır: “Qardaşım Rasim Orucov Almaniya dövlətindən seçilmiş, Avropa İqtisad Arbitraj Məhkəməsinin hakimidir və hal-hazırda da hakimlik fəaliyyətini davam etdirir. Belçikanın paytaxtı olan Brüssel şəhərində mövcud olan Avropa İqtisadi Arbitraj Məhkəməsində 27 hakimdən biridir. Onun hansısa qalmaqallı işlərdə olmasından məlumatım yoxdur”. Məlumat üçün bildirək ki, 04 fevral 2022-ci il tarixində bir çox xəbər portallarında “Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edildi” başlığı ilə məlumat yayılıb. Вернуться назад |