AzTV cərimələndi - 5000 manat
- 18-01-2021, 14:05
- Manset
Milli Televiziya və Radio Şurası ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni (AzTV) 5000 manat məbləğində cərimələyib.
''Azad Səs''-in məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib. Pravda.az