Altı telekanalın hər birinə 500 min manat ayrıldı
- 13-08-2020, 10:47
- Cəmiyyət
Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Prezidentin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.
Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan MTRŞ-yə ayrılmış 3 milyon manat vəsaitin 6 özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:
1. “Lider TV və Radio Azərbaycan” MMC - 500.000 manat
2. “Xəzər TV” MMC - 500.000 manat
3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat
4. “ARB 24” MMC - 500.000 manat
5. “Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat
6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat
Lakin “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 manat vəsaitin 400.000 manatının birbaşa MTRŞ ərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.