Главная > Siyasət > Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər VAXT VERİLDİ
Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər VAXT VERİLDİ18-11-2020, 15:28. Разместил: azadses |
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı. Rəsmi Yerevan həmin kəndlərdə yaşayan ermənilərə noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrini tərk etməyi tələb edib. Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə və Ermənistana qayıtmağa hazırlaşır. Вернуться назад |