Prezidentin köməkçisi: “Ermənilər yaşayış məntəqlərimizi ağır artileriya ilə atəşə tutmaqda davam edir”
- 3-10-2020, 16:36
- Siyasət
“Ermənilər Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya ilə atəşə tutmaqda davam edir”.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu, Ermənistanın hər hansı bir dəyərlərdən və sivil davranışlardan açıq şəkildə xəbərsiz olduğunu nümayiş etdirir:
“Biz bununla bağlı beynəxalq ictimaiyyətə və təşkilatlara müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və obyektlərin qorunması beynəlxalq hüququn tələbidir. Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir və şəhərlərimizə, mülki şəxslərə və obektlərə qarşı hücumları həyata keçirir. Ancaq Azərbaycan yenə də öz yüksək etik və əxalqi dəyərlərini nümayiş etdirərək beynəxlalq hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatları həyata keçirir, onların neytrallaşması təmin olunur”.
O bildirib ki, Silahlı Qüvvələrimiz tərəfindən cəbhə xəttinin bütün istqamətləri üzrə effektiv, təsirli, sülhə məcbur etmə əməliyyatı davam etdirilir:
"Burada da məqsəd ərazilərimizin işğaldan azad edilməsini təmin olunmasıdır. Ermənistan tərəfi son dövrlər raket texnologiyasından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik”.