azadses.az » Siyasət » “Danışıqların şərtlərini artıq yalnız Azərbaycan tərəfi müəyyən edir”

“Danışıqların şərtlərini artıq yalnız Azərbaycan tərəfi müəyyən edir”

"Azərbaycan Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə razılaşmayıb və razılaşmayacaq".

Bunu “Report”a açıqlamasında deputat Eldəniz Səlimov deyib.

O qeyd edib ki, yaxın keçmişdə beynəlxalq hüquqa və tarixi ədalətə zidd olaraq sərsəm bəyanatlar səsləndirən Ermənistan artıq düşdüyü ağır vəziyyətlə barışmağa başlayıb:

“Ölkə başçısı cənab İlham Əliyevin sistemli şəkildə atdığı qətiyyətli və düzgün addımlar düşməni geri çəkilməyə məcbur etməklə düşmənin beynəlxalq dayaqlarını itirməsinə də səbəb olub. Prezident İlham Əliyev son proseslərdə apardığı siyasətlə və etdiyi çıxışlarla əzmli və qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, o, öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Ölkə başçımız hələ də ona qarşı olan təzyiqlərə mərd-mərdanə sinə gəlməkdədir. Cənab Prezidentin bu prinsipiallığı onu göstərir ki, Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir”.

Deputat əlavə edir ki, cənab Prezident bu gün düşmən tərəfini bizim diqtəmizi yerinə yetirməyə, irəli sürəcəyimiz şərtlərlə razılaşmağa məcbur olacaq həddə çatdırıb və işğala əsaslanan status-kvonu tamamilə bizim xeyrimizə dəyişdirib

“Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar bu gün diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini artıq yalnız Azərbaycan tərəfi müəyyən edir.

Bir çox hallarda artıq biz çıxışlarının mahiyyətindən Ermənistanın baş naziri Nikol Paşinyanın ağ bayraq qaldırmasının təzahürlərini görməyə başlamışıq. Bir vaxtlar Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiyanın astanasındadır və tez-tez danışıqlara getmək barədə fikirlər səsləndirir. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edilib. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. Danışıqlar prosesində isə Azərbaycanın mövqeyi qəti şəkildə ortaya qoyulub - Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır”.

E.Səlimovun sözlərinə görə, qeyd olunanlarla yanaşı, dövlətimiz və ölkə başçımız beynəlxalq hüququn və sənədlərin tələblərinə diqqətini də ifadə edib:

“Belə ki, Azərbaycan danışıqlar prosesini baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında davam etidirilməsinin tərəfdarıdır, lakin bu danışıqlar imitasiya xarakterli olmamalı, Azərbaycana qarşı birtərəfli və qərəzli xarakter daşımamalıdır. Ölkə başçısı dəfələrlə bildirib ki, yalnız bu şərtlər altında və Ermənistan qoşunlarının işğal edilmiş bütün ərazilərimizdən çıxarılmasından sonra danışıqlar prosesinin bərpa edilməsi mümkündür. Əks halda Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüquqla qadağan edilməyən digər vasitələrdən istifadə etməkdə tam müstəqildir. Azərbaycanın beynəlxalq səviyyədə və rəsmi şəkildə tanınmış öz ərazilərində özünü müdafiə tədbirləri keçirməyə, işğal altında olan ərazilərini azad etməyə tam haqqı var və heç kəs buna görə Azərbaycanı və onun rəhbərliyini qınaya bilməz. Dünya arenasında baş verənlərə, haqsız təzyiqlərə baxmayaraq Azərbaycan öz haqq mübarizəsini davam etdirməkdə tam hüquqlu tərəfdir və ədalətli nəticənin əldə edilməsi üçün onun gördüyü adekvat tədbirlər nəticəsini göstərməkdədir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın edib, bir sıra ərazilər işğaldan azad edilib. Bu gün Ermənistan öz işğalçı və fitnəkar siyasətinin qurbanına çevrilib və hələ də öz çirkin niyyətindən əl çəkməyib. Ermənilər başa düşməlidirlər ki, zaman onların əleyhinə işləyir və onlar qüdrətli Azəərbaycan ordusunun qarşısında çox tab gətirə bilməyəcəklər. Bu müddətin uzanması Ermənistanın dövlət olaraq iqtisadi əsaslarnın əhəmiyyətli dərəcədə sarsılmasına, tamamilə müflisləşməsinə və ölkə daxilində xaoslara səbəb olacaq. Bundan sonra Ermənistana onilliklər lazımdır ki, o özünə ordu qursun. Ermənistan unutmamalıdır ki, sirkə nə qədər tünd olarsa, bir o qədər öz qabına zərərdir. Bütün bunlara baxmayaraq işğalçı dövlət təslim olmaqdansa öz quyusunu qazmaqda davam edir.

Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan edilən bütün təzyiqlərə baxmayaraq öz haqq mübarizəsini davam etidirəcəkdir və işğalda olan torpaqlarımız son qarışına qədər azad ediləcəkdir. Azərbaycan xalqına və ordusuna göstərdiyi dəstəyə, şücaətə və qəhrəmanlığa görə öz dərin təşəkkürümü bildirir, şəhidlərimizin əziz ruhları qarşısında baş əyirəm. İnşallah tezliklə onların ruhları bizim qələbəmizə sevinəcəkdir.

Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquqla tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır!” – deyə, E.Səlimov bildirib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?