azadses.az » Siyasət » “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev

“Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev

Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır! Nəsillərdən bizə miras qalan ən ülvi hislərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyırıq.
 
Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.
 
Oun sözlərinə görə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinlərimizin qətlinə yönəlmiş məqsədlə bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutması, düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının və havadarlarına böyük etiqad və inamla regionda münaqişənin daha da gərginləşdirilməsi niyyətlərinin riyakar nümunəsidir:
 
“Azərbaycanın region və dünyada xüsusi əhəmiyyət və sürətlə artan nüfuzu, beynəlxalq təşkilatlarda həmsədrlik, söz haqqının olması, həyata keçirilən strateji layihələrlə ölkəmizin dünya iqtisadiyyatına verdiyi töhfələr düşməndə qıcıq və qısqanclıq yaratması, özünün müqayisəolunmaz dərəcədə bütün sahələrdə geriləməsinin nəticəsidir və təzahürüdür. Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayiş etdirdi. Qısa zamanda əldə olunan nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması şəxsi heyətin uğurla irəliləyərək Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsi və onların hərəkət trayektoriyasına nəzarət aparılmasına imkan verir. Azərbaycanın dünya miqyasında 50 ən güclü orduya sahib dövlətlərin siyahısında olması bizi çox qürurlandırır və yalnız qələbə ümidlərini yaşadır!
 
Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür.
 
Vətən çağırışına olan mənəvi səfərbərliyimizin qarşısında düşmən tab gətirməyəcək!
 
İllərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən hər bir azərbaycanlı igid oğullarımıza, bu müqəddəs çağırışa “canım fəda” deyib şəhidlik zirvəsinə ucalan övladlarımıza və onlarla birgə yetişən və yetişməkdə olan nəsillərimizə qələbə sevincimizi yaşatmaq qədər ülvi hissləri yaşadığımız üçün çox qürurluyuq. Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin edirik, eyni zamanda illərlə kimsəsiz qalan, təhqir olunan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış oluruq. Azərbaycan hər zaman dünyada sülhün, tolerantlıq və dialoqun, mədəniyyətlər və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Ancaq buna baxmayaraq işğal altnda olan torpaqlarımızda tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi oluruq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır! Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Cənab Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq.
 
Hər bir şəhid olan hərbçi və mülki şəxslərimizin qisasını alacağıq!
 
Ermənistan hərbçilərinin hədəfinə çevrilmiş Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulması nəticəsində 69 nəfər həlak olmuş və 314 nəfər yaralanmışdır. Bu bir daha riyakar düşmənin hərb meydanında ağır məğlubiyyətinin nəticəsidir. Cəsədlərinin toplanmasına belə maraqlı olmayan düşmən ölkəsinin real siyasi, ictimai, sosial-iqtisadi vəziyyətinin necə olduğunu açıq-aşkar nümayiş etdirir. Düşmənin dünya ölkələrinə əsassız yalvarışları, müraciətləri nəticəsiz qaldığı halda Azərbaycan ordusu öz Ali Baş Komandanının güclü siyasəti və qətiyyətinə inanaraq, iradə və əzmi ilə zəfər çalır!
Cənab Prezident İlham Əliyev çıxışlarında da hər zaman xüsusi əhəmiyyətlə hərbi texnika və avadanlıqların istehsalı istiqamətində uğurlu inkişafı qeyd edərək daima yeni və strateji planların icrasını vurğulamışdır. Bütün həyata keçirilən fəaliyyət və uğurlu nəticələr bu gün ölkəmizin hərbi potensialının, döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir və ordumuzun potensialını, güc və peşəkarlığını sübut etdirir. Ölkəmizin hərb potensialı və resursunu düzgün qiymətləndirə bilməyən, statistik göstəriciləri analiz etmək qabiliyyətinə malik olmayan Ermənistan hökuməti və dövləti ölümə göndərdiyi minlərlə əsgərlərin ana-atalarına cavab verməli olacaq! Azərbaycan öz ərazi bütövlüyü və torpaqları uğrunda döyüşür və zəfər çalır ancaq Ermənistan acgöz və riyakarcasına yeni ərazi iddiaları ilə, terror planları və regionda sülh və ədalət prinsipləri pozmaq məqsədləri ilə vətəndaşlarını məcburi surətdə ölümə göndərir. Bu əlbəttə ki, təbii bir haldır ki, Azərbaycan əsgərinin mübarizə və hərbi vətənpərvərlik ruhu ermənilərlə müqayisə olunmayacaq dərəcədədir, çünki xaqlımız bu günləri, zəfər anlarının həsrətini illərlə gözlədiyi halda ermənilər özgə torpaqlarda öz xoşbəxtliklərini qurmağa cəhd edirdilər. Hər vasitə ilə status-kvonu öz maraqlarına uyğun şəkildə saxlayaraq tarixi, əbədi-əzəli torpaqlarımızdan öz mənfur terror siyasəti, Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə narkotik maddələrin daşınmasının həyata keçirilməsi, Dağlıq Qarabağ ərazisindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, terrorçuların yetişdirilməsi üçün nəzarətsiz zona kimi istifadə edirdilər.
 
Azərbaycan xalqı hər an Ali Baş Komandanın qələbə müjdəsini səbirsizliklə gözləyir!
 
Artıq 30 gündür güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücaəti nəticəsində cəbhədən sevindirici xəbərlər alırıq və bu xəbərlər Cənab Prezidentin şəxsən özünün xalqa müraciəti ilə çatdırılır. Ali Baş Komandanın hər zaman səsləndirdiyi kimi “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”.
 
Vətən Müharibəsi Azərbaycan Ordusunun uğurları və şücayəti ilə davam edir. Hər gün cəbhədən aldığımız sevindirici xəbərlərlə, beynəlxalq KİV rəhbərlərinə verdiyi səlist və qətiyyətli müsahibələri ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır.
 
Xalqımız tezliklə işğaldan azad olunmuş torpaqlara qovuşacaq, həsrət sona çatacaq!
 
Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, bir çox kəndləri, qəsəbələri və eyni zamanda strateji yüksəklikləri işğaldan azad etməsini çox qürurverici həyəcan və sevinclə qarşıladıq. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi və yalnız qələbə ümidi ilə Azərbaycan ordusuna dəstək olması həqiqətən çox həssas və qürurvericidir. Yaşlı bir azərbaycanlı nənənin nəvəsinə “Bala bircə dənə də olsa erməni tankı vurmasan geri gəlmə” deməsi, şəhid ana-atalarımızın “Vətən sağ olsun” deməsi, erməni terroru nəticəsində gecə vaxtı evləri dağıdılan mülki şəxslərin şanlı Ordumuzu “İrəli-Qələbəyə doğru” səsləmələri, körpə balalarımızın gözündəki qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqları və ərazi bütövlüyü uğrunda qorxmadan həlak olmağı və öldürməyi bacaran məğrur və qalib millət olduğumuzu növbəti dəfə özümüzə və bütün dünyaya sübut etdi. Hər bir evdə, hər ocaqda hər qarış torpağımızda qalib Azərbaycan bayrağımız var! Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcəkdir!
 
Qarabağ uğrunda mübarizə bizim haqq və ədalət savaşımızdır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?