Baş Prokurorluq Silahlı Qüvvələrə yardım Fonduna 1 milyon 280 min manat köçürüb
- 5-10-2020, 14:11
- Siyasət
Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları Silahlı Qüvvələrə yardım Fonduna 1 milyon 280 min manat vəsait köçürüblər.
Baş Prokurorluqdan "Azad Səs"-ə verilən məlumata görə, işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir. Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun ən yüksək səviyyədə təchizatı təmin edilir. Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, vətənpərvərlik hissini daha da artırmışdır. Vətəndaşlarımız kütləvi könüllü yazılır, cəbhə üçün, qələbə üçün hər şey etməyə hazır olduqlarını bildirirlər.
Prokurorluq işçiləri fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.
Cəbhədə qələbələrimizdən ruhlanan Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanlarının işçiləri həmrəylik nümayiş etdirərək könüllü olaraq 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəlmişlər.
Bu addım ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan prokurorluq orqanlarının əməkdaşları bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.