“Ermənistanı inandırmalıdırlar ki, torpaqları boşaldacağına dair öhdəlik götürsün”
“BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb.
Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq bitərəf qalmalı və tərəf tutmamalıdırlar:
“Həmsədrlər Ermənistanı inandırmalıdırlar ki, təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün”.