“Biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik” - Prezident
- 8-10-2020, 14:29
- Manset
“Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev rəsmi tvitter hesabında yazıb.
O qeyd edib ki, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.
Dövlət başçısı əlavə edib ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik: “Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk”.
İlham Əliyev münaqişə haqda daha bir tvit yazıb: "Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik. Bu gün münaqişənin fəal fazaya keçdiyi və kimin nizamlama potensialına malik olması aşkar görünür".