"Ermənilər Bakıda" videosunu çəkib yayanlar tapıldı VİDEO
- 7-12-2019, 14:13
- Siyasət
Bakıda erməni dilində danışıb, qeyri-etik ifadələr işlədənlərin Gürcüstan azərbaycanlıları olduğu bəlli olub
2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışmaları, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayan şəxslər tapılıblar.
Həmin video "Ermənilər Bakıda" başlığı ilə paylaşılıb və geniş müzakirələrə səbəb olmuşdu.
Azadsəs-in İTV-yə istinadən məlumatına görə, araşdırma nəticəsində bəlli olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Bunlar Xasıyev Nizam İsa oğlu, onun oğlu və qardaşı Akif Xasıyevdir. Onlar bu ilin oktyabr ayında A.Xasıyevin qızının toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntülər həmin ərəfədə lentə alınaraq paylaşılıb.