Prezidentin köməkçisindən karantinin yenidən yumşaldılması ilə bağlı AÇIQLAMA: “Addım-addım...”
- 8-08-2020, 10:31
- Cəmiyyət
“Azərbaycan addım-addım yumşaldılmaya gedəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, yumşalmalara gediləcəyi halda yoluxmaların artımı mümkündür:
“Qarşımızda duran əsas məsələ virusun yoluxma sürətinin aşağı salınmasıdır. Burada üç əsas istiqamət var. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Hər birimiz qaydalara riayət etsək, yoluxma sürəti azalacaq. İkincisi, qoyulmuş qaydalara nəzarətin həyata keçirilməsidir. Bunun yükü hökumətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq.
Bu gün Baş nazir tərəfindən böyük iclas keçiriləcək. Bütün icra qurumlarının bu istiqamətdə səy göstərməsi üçün tapşırıqlar veriləcək. Üçüncüsü, yoluxanların tez bir zamanda aşkarlanmasıdır ki, bu istiqamətdə işlər həyata keçirilir”.
O qeyd edib ki, ölkədə qoyulan qaydalara əməl edilsə, yoluxmanın sayında azalma olacaq:
“Gələn həftənin birinci günündən etibarən bütün qeyri-ərzaq mağazalarının açılmasına icazə verilib”.
“Bütün məişət xidmətləri göstərən sahibkarlara qoyulan məhdudiyyətlər ləğv edildi. Bu addımlar tədricən həyata keçirilir. Açılmaların nəticəsində virusa yoluxma riski artır. Bu risk artdıqca bütün ölkələrdə narahatlıq yaranır və sərtləşməyə keçməyi məcburi edir”.