Sabiq məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
- 23-04-2024, 13:52
- Siyasət
“Böyüklərimizə bu günləri görmək nəsib olmadı”.
"Report" xəbər verir ki, bunu Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Məxmər Quliyeva deyib.
O bildirib ki, həyatının ən gözəl gününü yaşayır:
“O ağrılı-acılı günləri xatırlamaq istəmirəm. Hər dəfə yadıma düşəndə saatlarla ağlayıram. Çətinliklə çıxdıq Füzulidən, bir neçə dəfə qarşımızı kəsdilər. Ermənilər bizim gəncliyimizi, ömrümüzün böyük bir hissəsini məhv etdilər. Valideynlərimiz, ağsaqqal-ağbirçəklərimiz vəfat etdilər, bu günləri görmədilər. Mən də bir oğlumu itirdim, çox istəyərdim ki, o da bu günləri görsün.
İndi nəvələrimlə, nəticəm də var artıq, onlarla birlikdə doğma şəhərimizə qayıdırıq. Bizim gəncliyimiz, ömrümüzün ən nəşəli günləri orada keçib.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.
Xatırladaq ki, aprelin 23-də, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.