Aydos Sarım: “Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb”
- 11-09-2023, 13:52
- Siyasət
“Bu gün Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb”.
“Report”un məlumatına görə, bunu Qazaxıstan parlamentinin deputatı Aydos Sarım “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstan hazırda nəqliyyat layihələrinin inkişafına böyük diqqət yetirir: "Qazaxıstan da Azərbaycanın hərbi-texniki sahədə təcrübəsini öyrənir. Digər mühüm məsələ türk əməkdaşlığının inkişafıdır. Bizim inkişaf etdirməli olduğumuz yaxşı formatlar var".