Blinkenlə Lavrov arasında danışıqlar baş tutub
ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib.
Bu barədə bazar günü Rusiya XİN-dən məlumat verilib.
Məlumata görə, Lavrov və Blinken amerikalı jurnalist Evan Qerşkoviçin Rusiyada saxlanılmasını müzakirə ediblər.
Danışıqlar zamanı həmçinin ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə toxunulub.