Prezident: “Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”
![Prezident: “Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”](/uploads/posts/2023-03/fotojet-1.jpg)
“Azərbaycanın çox geniş bərpa olunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 giqavata bərabərdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib:
“Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.