Главная > Siyasət / Manset > Prezident: “Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”
Prezident: “Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”14-03-2023, 16:58. Разместил: admin |
“Azərbaycanın çox geniş bərpa olunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 giqavata bərabərdir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”. Вернуться назад |