Çin donanmasının gəmisi Yaponiyanın ərazi sularına daxil olub
Yaponiya hökuməti Çin dəniz müşahidə gəmisinin Yaponiyanın cənub ərazi sularına daxil olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Yakuşima adasının cənub-qərbindən keçən Çin donanmasına aid gəmi ölkənin ərazi sularında üzüb.
Donanmanın müşahidə gəmisi xəbərdarlıqlardan sonra ərazini tərk edib.
Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə sözügedən pozuntu ilə bağlı Çin hökumətinə öz narahatlığını bildirib.