Rusiyanın atəş açdığı Britaniya gəmisinin missiyası barədə gizli sənədlər avtobus dayanacağında aşkar olunub
Britaniyanın Müdafiə Nazirliyinə məxsus gizli sənədlər krallığın Kent qraflığındakı avtobus dayanacağında aşkar olunub.
BBC məlumat verir ki, sənədləri tapan 50 yaşlı şəxs onları yayım şirkətinin redaksiyasına təhvil verib və adının açıqlanmamasını xahiş edib.
Sənədlərdə “Defender” hərbi gəmisinin Qara dəniz missiyası barədə qapalı məlumatlar əks olunub. Sənədlərə əsasən, Müdafiə Nazirliyi gəminin Qara dənizdən keçidinin Rusiya tərəfindən narazılıq doğuracağını öncədən təxmin edib.
Qeyd edək ki, iyunun 23-də Rusiya sərhədçiləri “Defender” gəmisinin ölkənin ərazi sularına daxil olduğunu bildirərək, onun hərəkəri istiqamətində iki xəbərdarlıq atəşi açıblar.