Главная > Siyasət / Manset > Çin donanmasının gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Çin donanmasının gəmisi Yaponiyanın ərazi sularına daxil olub


12-02-2023, 14:13. Разместил: admin
Çin donanmasının gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Yaponiya hökuməti Çin dəniz müşahidə gəmisinin Yaponiyanın cənub ərazi sularına daxil olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Yakuşima adasının cənub-qərbindən keçən Çin donanmasına aid gəmi ölkənin ərazi sularında üzüb.

Donanmanın müşahidə gəmisi xəbərdarlıqlardan sonra ərazini tərk edib.

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə sözügedən pozuntu ilə bağlı Çin hökumətinə öz narahatlığını bildirib.
Вернуться назад