“Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi əsas prioritetlərdəndir” - RƏY + FOTO
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycan xarici siyasətində türk dünyasının birliyi və əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi məsələlər prioritetlərdən biridir. Ölkəmiz bununla bağlı türk birliyinin amallarına öz töhfəsini verir və bu amallara sadiq qalacaq”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr içərisində Azərbaycan müasir dövrdə olduqca inkişaf etmiş bir dövlətdir:
“Bu mənada da türk dövlətlərinin gələcək inkişafına, iqtisadi imkanlarının sürətlənməsinə ölkəmiz öz dəstəyini göstərəcək. Təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də türk dövlətlərinin çox böyük potensialı var. Nəzərə alaq ki, Türkiyənin hərbi sənayesi çox inkişaf edib və dünyada xüsusi yerə malikdir. Artıq ölkəmizdə hər sərgidə özünün inkişaf etdirdiyi müasir silah və sursatları nümayiş etdirir. Azərbaycan müdafiə sənayesi sahəsində məhsulların ixracına nail ola bilib. Bu da çox böyük nailiyyətdir”.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev bu gün Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bildirib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir:
“Dövlət başçısı sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur olduğunu da vurğuladı. Görünür, Ermənistan 44 günlük Vətən müharibəsindən ciddi nəticə çıxarmayıb. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ordusu məhv edilmişdi. Bu ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı. Ancaq təəssüflər olsun ki, Ermənistan yenə də öz təxribatlarından əl çəkmir. Onlar bəzi yerlərdə başqa fikirlər irəli sürürlər”.
“Dövlət başçısının bu gün qeyd etdiyi kimi, islamofobiya və türkofobiya da Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Təsadüfi deyil ki, Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə bir edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu da onların barbarlığının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Ermənilər tərəfindən dağıdılmış məscidlər, kilsələr bərpa olunur”, - M.Abbaszadə vurğulayıb.
Deputat hazırda işğaldan azad edilən ərazilərin bərpa edilməsi işlərinə Türkiyə şirkətlərinin də cəlb olunduğunu söyləyib:
“Bu istiqamətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da xidmətləri danılmazdır. Qardaş ölkənin dövlət başçısı müharibə başlayandan bu günə kimi Türkiyənin Azərbaycanın yanında olduğunu dünyaya bəyan edib. Bu məsələdə hər iki dövlət başçısı arasında olan qardaşlıq və dostluq münasibətləri də xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərimizin bərpasında Özbəkistan və Qazaxıstan tərəfi də iştirak edir. Hesab edirəm ki, bu da təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.