Paşinyan: “Biz Türkiyə ilə kommunikasiya problemlərini aradan qaldırmağa nail olduq”
“Biz Türkiyə ilə kommunikasiya problemlərini aradan qaldırmağa nail olduq”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, Türkiyə lideri ilə təmasların vacib olduğunu vurğulayıb.
Paşinyan parlamentdə 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı cari ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını bildirib. Həmçinin bu yaxınlarda Praqada görüşün baş tutduğunu da xatırladıb.
“Soruşa bilərsiniz ki, görüş öz yerində, amma situasiyada nəsə dəyişib? Düşünürəm ki, situasiyada çox mühüm dəyişikliklər var. Bu, əlbəttə ki, özlüyündə hansısa əhəmiyyətli və praktiki nəticə deyil. Amma vəziyyəti təhlil edərkən başa düşdüm ki, bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə təmaslar nəticəsində biz kommunikasiya çətinliklərini aradan qaldırmağa nail olmuşuq”, - deyə o qeyd edib.
Paşinyan əmin edib ki, hər zaman və bütün hallarda keçmişdə bu sual verilib: görüşmək və ya görüşməmək, danışmaq və ya danışmamaq.
“İndi bu dilemma yoxdur, üstəlik də nəinki hakimiyyət səviyyəsində, hətta cəmiyyət səviyyəsində də yoxdur”, - deyə o əlavə edib.