İlham Əliyev: “Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur”
![](/uploads/posts/2022-10/medium/1665505753_fotojet-2022-10-11t194717_791.jpg)
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
“Qırğız-Azərbaycan İnkişaf Fondunun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir. Əlbəttə, biz ilk dəfə olaraq, Dövlətlərarası Şuranın iclasını keçiririk. Münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul olunmasına, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq”, - deyə dövlətimizin başçısı qeyd edib.