Главная > Siyasət / Manset > İlham Əliyev: “Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur”
İlham Əliyev: “Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur”11-10-2022, 18:37. Разместил: admin |
Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə, bizim qarşılıqlı maraqlarımıza xidmət edib və edir. Onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib. “Qırğız-Azərbaycan İnkişaf Fondunun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir. Əlbəttə, biz ilk dəfə olaraq, Dövlətlərarası Şuranın iclasını keçiririk. Münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul olunmasına, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq”, - deyə dövlətimizin başçısı qeyd edib. Вернуться назад |