Fransa Ermənistan-Azərbaycan sərhədinə nümayəndə heyəti göndərəcək
![](/uploads/posts/2022-09/medium/1664349814_259152064_3171586513064745_5563473090952303055_n-1-1-1-2-1-1-1-1-1.jpg)
Bu barədə özünün “Twitter”ində Fransanın müdafiə naziri Sebastyan Lekornyu yazıb.
O əlavə edib ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanla aralarında baş tutmuş görüş zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər müzakirə edilib.
S.Lekornyu mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyətinin göndəriləcəyini vurğulayıb.