Qazaxıstan Ermənistana sülhməramlı göndərəcək?
“Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə əlaqədar olaraq, Qazaxıstandan Ermənistana sülhməramlıların göndərilməsi məsələsi gündəmdə deyil”.
Bu barədə məlumatı Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi açıqlayıb.
“Xeyr, hələ ki belə bir məsələ gündəmdə deyil”, - deyə Tleuberdi jurnalistlərin suallarına cavab verərkən deyib.
Xatırladaq ki, KTMT-nin yaydığı məlumata görə, Baş katibi Stanislav Zasın başçılığı ilə təşkilatın missiyasının Ermənistana göndərilməsi barədə razılıq əldə olunub. Qeyd olunub ki, mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyəti, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.